ELM VƏ TƏHSİL


Xaçmazda 432 yerlik müasir məktəb binası istifadəyə verilib

Xaçmaz şəhərindəki Bəybala Rəsulov adına 5 nömrəli tam orta məktəbin kollektivi “Bilik günü”ndə əsl bayram sevinci yaşayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məktəb üçün tikilmiş ikimərtəbəli, 432 yerlik müasir bina yeni dərs ilinin ilk günündə qapılarını müəllim və şagirdlərin üzünə açıb.