Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

IAEA 2019 çərçivəsində konfrans öncəsi praktik məşğələlər başlanıb

22.09.2019 [18:03]

Xəbərin mətni

Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə sentyabrın 22-27-də keçirilən Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik konfransı (IAEA 2019) çərçivəsində yerli mütəxəssislərin də cəlb olunduqları praktik məşğələlər (Pre-Conference Workshops) işə başlayıb. Builki konfrans "Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları" mövzusuna həsr olunub.