ELM VƏ TƏHSİL


IAEA 2019: Təhsil islahatında ümumi normaların effektiv həyata keçirilməsində standartların rolu

Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın Bakıda keçirilən 45-ci illik toplantısı (IAEA 2019) davam edir.
AZƏRTAC xəbər verir ki, sentyabrın 26-da IAEA 2019 beynəlxalq konfransının əsas məruzəçilərindən biri, "British Council" təşkilatının qiymətləndirmə üzrə tədqiqat qrupundan aparıcı tədqiqatçı və meneceri Cemi Dunli "Təhsil islahatında ümumi normaların effektiv həyata keçirilməsində standartların rolu" mövzusunda çıxış edib.