ELM VƏ TƏHSİL


Yaşadığı ünvandan 300 kilometr uzaqda dərs deyən gənc müəllim REPORTAJ

22 yaşlı Aygün Balayeva 2018-ci ildə Sumqayıt Dövlət Universitetinin fizika və elektroenergetika fakültəsini bitirib. Bu ilin iyun ayında müəllimlərin işə qəbul üzrə müsabiqəyə qatılaraq ilk turdan müvəffəqiyyətlə keçib. Bakının Kürdəxanı qəsəbəsində yaşamasına baxmayaraq, müəllim işləmək üçün Lənkəranın ucqar kənd məktəbini seçib. Lənkəranın Şovu kənd tam orta məktəbində təyinat alan Aygün Balayeva bu ilin sentyabrından işləmək üçün kəndə köçüb.