ELM VƏ TƏHSİL


Azərbaycan nümayəndəsi Bern Konvensiyasına qoşulan dövlətlərin Assambleyasına sədr seçilib

Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatına (ÜƏMT) üzv dövlətlərinin Baş Assambleyasının 59-cu sessiyası keçirilib. Sessiyada beynəlxalq əqli mülkiyyət sisteminin inkişafı istiqamətləri müzakirə edilib, müxtəlif komitələrin hesabatları dinlənilib, regional qrup və üzv dövlətlərin nümayəndələrinin çıxışları olub. Sessiya çərçivəsində və regional komitələrdə, eləcə də əqli mülkiyyət sahəsində qəbul olunan konvensiyaların assambleyalarında mühüm qərarlar qəbul olunub, rəhbər orqanlara seçkilər keçirilib.
“Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyasına qoşulan dövlətlərin Assambleyasına yeni sədr seçkisi də olub. Seçkidə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Bern Konvensiyası Assambleyasına sədr seçilib.