ELM VƏ TƏHSİL


Qubanın daha bir kəndində yeni məktəb binası inşa olunur

Quba rayonunun daha bir kəndində yeni məktəb binası inşa olunur. Birinci Nügədi kəndində tikilən 792 şagird yerlik, üçmərtəbəli məktəb binası gələn il istifadəyə veriləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Zəki Kərimov adına Birinci Nügədi kənd tam orta məktəbi üçün yeni binanın tikintisinə iyundan başlanılıb. 3500 kvadratmetr sahəni əhatə edən binanın hazırda üçüncü mərtəbəsi və köməkçi tikililər inşa olunur.