Çində 5G şəbəkəsi üzrə kommersiya xidmətlərinin göstərilməsinə başlanılıb
31.10.2019 [15:10]
Xəbərin mətni
Pekində keçirilən illik beynəlxalq poçt və telekommunikasiya sərgisi çərçivəsində oktyabrın 31-dən keçirilən rəsmi açılış mərasimdə Çinin üç mobil rabitə operatoru - “China Mobile”, “China Telecom” və “China Unicom” abunəçilərə 5G şəbəkə xidmətləri göstərməyə başladıqlarını elan ediblər. Mobil rabitə operatorları noyabrın 1-dən etibarən 5G şəbəkəsi üzrə internet paketlərini satışa çıxaracaqlar.