ELM VƏ TƏHSİL


Berlinin Humbolt Universitetində elmi konfransda Mirzə Şəfi Vazehin yaradıcılığından danışılıb

Berlinin Humbolt Universitetində keçirilən elmi konfransda universitetinin professoru Eva Maria Aux Mirzə Şəfi Vazehin yaradıcılığından danışıb.
AZƏRTAC xəbər verir ki, M.Ş.Vazeh yaradıcılığına rəğbət nümayiş etdirən alman professor 3 dildə dərc olunan yeni kitabı Mirzə Şəfi Vazehin onun oxucularına qiymətli hədiyyə kimi dəyərləndirib. Qeyd edib ki, Azərbaycan, rus və alman dillərində işıq üzü görən kitabda böyük şairin bütün əsərləri yer alıb. Mirzə Şəfi Vazehin alman dilindəki irsi – Fridrix fon Bodenştedtin çap etdirdiyi üç kitabda yer alan bütün poetik mətnlər nəzərə alınarsa, 351 şeirdən ibarətdir.