Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Nəsimi yaradıcılığı məktəblilərin təqdimatında

07.11.2019 [19:45]

Xəbərin mətni

Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.
Bakı şəhəri 175 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə keçirilən tədbirdən öncə qonaqlar şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər. Şagirdlərin ifasında görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin şeir və qəzəllərindən nümunələr səsləndirilib, əsərləri əsasında bəstələnmiş mahnılar ifa olunub. Həmçinin şagirdlər görkəmli şairin əsərləri əsasında hazırlanan ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.