ELM VƏ TƏHSİL


Təhsil sahəsində UNESKO-Azərbaycan əməkdaşlığı müzakirə olunub

Parisdə UNESKO-nun Baş Konfransının 40-cı sessiyasına qatılan Azərbaycanın Təhsil naziri Ceyhun Bayramov qurumun baş direktorunun təhsil üzrə müavini Stefania Ciannini ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Təhsil naziri ölkəmizdə təhsil sahəsində aparılan islahatlar və onların müsbət nəticələri haqqında ətraflı məlumat verib. Nazir Azərbaycan Prezidentinin təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb.