ELM VƏ TƏHSİL
Parisdə Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
14.11.2019 [17:38]
Xəbərin mətni
Parisdə UNESKO-nun Baş Konfransının 40-cı sessiyası çərçivəsində Təhsil naziri Ceyhun Bayramov Türkiyənin Milli Təhsil naziri Ziya Selçuk ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə iki qardaş ölkə arasında çoxtərəfli və inkişaf etmiş münasibətlərə toxunulub. Ölkə başçıları və nazirlər səviyyəsində qarşılıqlı səfərlərin əlaqələrin daha da inkişaf etməsinə töhfəsi vurğulanıb.