Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qədim türk sənəti - Ebru

18.11.2019 [23:59]

VII-VIII əsrlərdə həm Çində, həm də Yaponiyada ebru texnikasına bənzər texnikada “suminaqaşi” adlı sənət olub. O, daha çox saf suyun üzərində yağlı boyalarla icra olunub. Amma bu gün bizim ebru kimi bildiyimiz sənətə XI-XII əsrlərdə Çağatay dilində “abru“ deyilib. “Abri” bulud, “Ab ru” isə suyun üzü mənasını verir. Hər iki adı uyğun hesab etmək olar. Ebru haqqında məlum olan məlumatın ən erkən tarixi bu şəkildədir.