ELM VƏ TƏHSİL


146-2 “Qaynar xətt” xidməti orta məktəblərdə baş verən xüsusi hallarla bağlı zəngləri qəbul edir

Bu ilin oktyabr ayında Təhsil Nazirliyinin xüsusi hallarla bağlı 146-2 “Qaynar xətt” xidmətinə 28 müraciət daxil olub. Bakı, Sumqayıt və Gəncə şəhərləri, Abşeron, Saatlı, İsmayıllı, Astara, Ağdaş, Samux, Ağsu, Biləsuvar və Yevlax rayonlarından daxil olan bu müraciətlər əsasən şagirdlər arasında qısnama halları və ya şagird-müəllim arasında yaranmış münaqişə vəziyyətləri ilə bağlıdır. Təhsil Nazirliyinin tapşırığına əsasən, müraciətlər şagirdlərin, onların valideynlərinin və müəllimlərinin iştirakı ilə yerində dərhal araşdırılıb.