ELM VƏ TƏHSİL
Məktəbi bitirə bilməyən şəxslər üçün eksternat imtahanları keçiriləcək
28.11.2019 [10:37]
Əvvəlki illərdə ümumi təhsil məktəblərini 9 və 11-ci təhsil səviyyəsi üzrə bitirə bilməyən şəxslər üçün eksternat qaydasında imtahanlar keçiriləcək. Bakı şəhəri üzrə eksternat imtahanları dekabrın 26 və 27-si paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunacaq.
Qeydiyyat və sənəd qəbulu dekabrın 20-dək Bakı Şəhəri üzrə Təhsil İdarəsində aparılacaq.
Ərizələri BŞTİ tərəfindən qəbul edilmiş eksternlər dekabrın 24-ü və 25-də saat 10:00-dan 17:00-dək şəxsiyyət vəsiqələrini təqdim etməklə 258 nömrəli tam orta məktəbdən imtahana buraxılış vərəqələrini əldə edə bilərlər.
02.10.2023 [22:44]
02.10.2023 [21:33]
02.10.2023 [14:59]
02.10.2023 [14:54]
03.10.2023 [18:32]
04.10.2023 [17:23]
19.09.2023 [19:39]
29.09.2023 [12:45]
23.09.2023 [10:23]
04.10.2023 [17:34]
02.10.2023 [18:49]
01.10.2023 [11:48]