ELM VƏ TƏHSİL


İrpendə akademik Zərifə Əliyeva adına orta məktəbin 25 illiyi qeyd edilib

Ukraynanın İrpen şəhərində Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə Əliyevanın adını daşıyan 12 saylı orta məktəbin yaranmasının 25 illiyi təntənəli şəkildə qeyd edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə İrpen şəhər meriyasının rəsmiləri, xarici ölkələrin diplomatik nümayəndələri, Təhsil Nazirliyinin əməkdaşları, Azərbaycanın Ukraynadakı səfirliyinin, SOCAR-ın Ukraynadakı nümayəndəliyinin təmsilçiləri iştirak ediblər.