Böyük Britaniyada təhsil almış azərbaycanlı məzunların birinci forumu keçirilib
29.11.2019 [15:17]
Xəbərin mətni
Noyabrın 29-da Bakıda “Azərbaycan-Britaniya Məzunları” İctimai Birliyi (AUKAA) “Nəsimi ili” çərçivəsində Böyük Britaniyada təhsil almış azərbaycanlı məzunların birinci forumunu keçirib.
Tədbir BP Azərbaycan şirkəti və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə reallaşdırılıb.
AZƏRTAC xəbər verir ki, iki hissədən ibarət olan forum “Azərbaycan Respublikasında təhsilin inkişafına təsir edən amillər” və “Ölkəmizdə təmiz texnologiya və beynəlxalq enerji sektorunun karbonsuz sənayeyə keçidi ilə bağlı həll yolları” mövzularına həsr olunub.