MƏDƏNİYYƏT


Şəbəkə sənətini dünyada tanıdan şəkili sənətkar

Şəkinin tanınmış şəbəkə ustası Hüseyn Hacımustafazadə artıq 31 ildir Şəki sənətkarlarının misilsiz sənət ənənələrini davam etdirir, bu qədim el sənətini yaşadır. Şəbəkə sənətinin sirlərinə mükəmməl yiyələnən sənətkarın əl işləri nəinki ölkəmizdə, onun hüdudlarından kənarda da böyük maraq doğurur, əsərləri bir sıra xarici ölkələrin muzeylərini bəzəyir, sərgilərdə nümayiş etdirilir. AZƏRTAC-ın çəkiliş qrupu qədim Şəkidə, şəbəkə ustasının emalatxanasında olub, əl işləri ilə yaxından maraqlanıb.