ELM VƏ TƏHSİL


Şagirdlər “Səsli dərslik” mobil tətbiqi ilə ədəbiyyat dərslərini dinləyə bilərlər

Təhsil Nazirliyi tərəfindən elan olunan təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsi çərçivəsində orta məktəb şagirdləri üçün ölkəmizdə ilk dəfə olaraq dərsliklərin mobil tətbiqi hazırlanıb. Kəlbəcər rayon 19 saylı tam orta məktəbin ədəbiyyat müəllimi Nofəl Şirinovun müəllifi olduğu bu layihə orta ümumtəhsil məktəblərində təhsil alan şagirdlərlə yanaşı, görmə imkanları məhdud olan uşaqların təhsil imkanlarını genişləndirməyə xidmət edir. Şagirdlər ədəbiyyat dərsliklərindəki bədii mətnləri səsli formatda www.sesliderslik.az saytı ilə yanaşı, bundan sonra mobil tətbiqdən də istifadə edərək rahat bir şəkildə dinləyərək öyrənə biləcəklər. Android əməliyyat sistemi ilə işləyən mobil qurğularda bu tətbiqi quraşdıraraq uğurla istifadə etmək mümkündür.