ELM VƏ TƏHSİL


Başqasının yerinə imtahan verməyə cəhd edənləri hansı cəza gözləyir AÇIQLAMA

Xanım Nağıyeva, müxbir

- Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda başqasının yerinə imtahana daxil olmaq istəyən şəxslərə qarşı cinayət işi açılacaq. 2018-ci ildə keçirilən imtahanlarda iştirak etməli olan şəxsin əvəzinə başqa birinin imtahan verməsi və ya ona cəhd etməsi halları ilə bağlı 3 nəfərə qarşı cinayət işi açılıb. Burada üç min manatdan altı min manatadək cərimə, iki ilədək islah işləri və ya iki ilədək azadlıqdan məhrum etmə nəzərdə tutulur. Bu səbəbdən 3 nəfər təhsil ocaqlarından xaric edilib.

Xanlar Xanlarzadə, DİM-in Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri 

“Bu, sənədləri saxtalaşdırmaq cəhdidir. Cinayət məcəlləsinin 320.1 maddəsidir.  Biz müşahidə etdik ki, bu hallar müəyyən bir regionda daha çoxdur. Xüsusi ilə Gəncə və Mingəçevir zonalarından daha çox cəhd olub ki, imtahanda başqasının yerinə iştirak etsinlər. Bu diqqətçəkən məsələdir, ona görə dərhal başqasının əvəzinə imtahanda iştirak edənlər haqqında araşdırma aparılıb, korrupsiyaya qarşı mübarizə idarəsinə materiallar təqdim olunub. Araşdırmalarla müəyyən olunub ki, bu müəyyən bir şəbəkədir. Bir neçə belə hal olub, ona görə də həmin şəxslər haqqında cinayət işi başlanıb, baxılması uçun müvafiq məhkəmələrə göndərilib”.  

Xanım Nağıyeva, müxbir

- Belə halların qarşısını almaq üçün  DİM 2018-ci ildən etibarən imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə üzün tanınması texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə edir.

Xanlar Xanlarzadə, DİM-in Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri

“Face Recognition” sistemi müəyyən imtahan binalarında quraşdırılır. Həmin qurğu avtomatik şəkildə müəyyən edir ki, şəxsiyyət vəsiqəniz və real üz cizgiləriniz bir-birinə nə qədər uyğundur. 2020-ci ildə keciriləcək imtahanlarda bu sistemin daha da geniş tətbiqi nəzərdə tutulur”.  

Xanım Nağıyeva, müxbir

- DİM imtahana mobil telefonla daxil olmağa cəhd, köçürmək üçün müxtəlif vasitələrdən istifadə, sual kitabçasını və cavab kartını dəyişmək hallarına qarşı da ciddi mübarizə aparır.