ELM VƏ TƏHSİL
Diaqnostik qiymətləndirmənin keçirilmə tarixi barədə məlumat şəxsi səhifələrə göndərilib
19.12.2019 [19:26]
Dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin keçirilmə tarixi barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, diaqnostik qiymətləndirmə dekabrın 24-dən 28-dək Azərbaycan Dövlət İqtisad Universitetinin 2 nömrəli tədris binasında keçiriləcək. Test imtahanında namizədlərə 90 dəqiqə ərzində psixologiya üzrə 60 test tapşırığı təqdim olunacaq. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək. İmtahana gələn namizədlərdən şəxsiyyəti təsdiq edən sənədin əsli tələb olunacaq.
06.12.2023 [20:57]
06.12.2023 [10:39]
09.12.2023 [15:26]
09.12.2023 [13:12]
09.12.2023 [13:04]
06.12.2023 [15:46]
05.12.2023 [23:34]
02.11.2023 [17:33]