SİYASƏT


AAHM-in kursantlarının intensiv hazırlığı həyata keçirilir

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) tədris planı və proqramına uyğun olaraq “Qaraheybət” təlim mərkəzində kursantların intensiv hazırlığı həyata keçirilir.
Səhra şəraitində keçirilən məşğələlər zamanı kursantlar şərti düşmən hədəflərinin aşkar edilərək atəşlə məhv edilməsi, silahlanmadakı müxtəlif silah nümunələrindən istifadə vərdişləri, eləcə də taktiki hazırlıq və hərbi topoqrafiya dərsləri üzrə digər tapşırıqları icra edirlər.