ELM VƏ TƏHSİL


Xızıda 420 şagird yerlik yeni məktəb binası istifadəyə verilib

Dekabrın 26-da Xızıda Rafiq İsmayılov adına şəhər 1 nömrəli tam orta məktəb üçün inşa olunan 420 şagird yerlik yeni bina istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xızı Rayon İcra Hakimiyyəti rəhbərliyinin, təhsil işçilərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri mərasimdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə müəllim və şagirdləri, valideynləri təbrik edib.