MƏDƏNİYYƏT


Tar necə hazırlanır? Şəkinin məşhur tar ustasının emalatxanasından REPORTAJ

31 yaşlı Şəki sakini Zahid Vələdov tar ustası olan atasının vəfatından sonra rayona qayıdaraq bu sənəti davam etdirib. Zahid Vələdov simli, nəfəsli musiqi alətlərinin düzəltməyin sirrlərini kiçik yaşlarından atası Mahir Vələdovdan öyrəndiyini deyir. Zahidin sözlərinə görə, tarda ifa edə bilməyən adam heç vaxt onu hazırlaya bilməz. O,musiqi aləti olan tarı düzəltməklə yanaşı onun suvenirlərini də hazırlayır.