MƏDƏNİYYƏT


Tovuzlu oymaçı 40 ildir bu sənəti yaşadır REPORTAJ

Qədim dövrdən günümüzə qədər gəlib çatan oyma sənəti ustadan səbir, bacarıq və yaradıcılıq tələb edir. Dəqiqliyi sevən bu qədim sənət növünü yaşadanlardan biri də Tovuz rayonunun Alakol kəndinin sakini Alı Əsgərovdur.
AZƏRTAC xəbər verir ki, gənclik illərində sənətkarlığa başlayan usta ilk əl işini daş üzərində ərsəyə gətirib. Sonradan bacarığını taxta üzərində də tətbiq etməyə başlayıb.