ELM VƏ TƏHSİL


İlin ilk Ay tutulması Azərbaycanda da müşahidə edilir – Rəsədxanadan REPORTAJ

Günəş və Ay tutulmaları adi astronomik təbiət hadisələridir. Bu hadisələr iqlimlə bağlı proseslərə heç bir təsir göstərmir.
Bunu AZƏRTAC-a açıqlamasında AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov deyib.
O qeyd edib ki, 2020-ci ildə dörd Ay tutulması hadisəsi baş verəcək. Bu təbiət hadisələrindən yalnız ikisi Azərbaycanda müşahidə ediləcək. Bütün tutulmalar yarımkölgəli Ay tutulması olduğundan adi gözlə görmək çətin olacaq. Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) aydan bir az tünd görünəcək.