Bu məktəblilər peşə təhsilinə cəlb olunub REPORTAJ
11.01.2020 [20:30]
2019-2020-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 5 ümumi təhsil müəssisəsində peşə təmayüllü siniflər yaradılıb. Buzovna qəsəbəsində yerləşən 234 nömrəli məktəbin 10-ci sinif şagirləri də peşə dərslərinə cəlb olunub. Onlar 3 gün ərzində ümumitəhsil fənnləri, 2 gün ərzində isə peşə təhsili fənnlərini öyrənirlər.