ELM VƏ TƏHSİL


Valideynlər qış imtahan sessiyasını izləyiblər

Yanvarın 14-də Sumqayıt Dövlət Universitetində (SDU) kütləvi informasiya vasitələri nümayəndələrinin və təhsil alan tələbələrin valideynlərinin iştirakı ilə ənənəvi “Açıq qapı” günü təşkil edilib. “Açıq qapı” gününün keçirilməsi barədə sdu.edu.az portalında əvvəlcədən məlumat yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Ramiz Hüseynov, fakültə dekanları, KİV nümayəndələri və valideynlər imtahanların gedişini izləmək üçün ayrı-ayrı fakültələr üzrə keçirilən imtahan otaqlarında, Qiymətləndirmə və keyfiyyətə nəzarət bölməsində olublar.