Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xaçmazda məktəb binasının təmiri mart ayında başa çatacaq

15.01.2020 [14:08]

Xəbərin mətni

Xaçmaz şəhər Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbdə əsaslı təmir-bərpa işləri mart ayında başa çatdırılacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əsaslı təmir işləri başa çatdıqdan sonra məktəbdə 2 minə yaxın şagirdin təhsil alması üçün lazımi şərait yaradılacaq.