MƏDƏNİYYƏT


Riyaziyyat müəlliminin taxta üzərində yaratdığı sənət əsərləri

Qusarlı riyaziyyat müəllimi Nurulla Davidovun taxta üzərində yandırma üsulu ilə çəkdiyi bir-birindən maraqlı əsərlər görənlərin diqqətini çəkir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Avaran kənd tam orta məktəbinin 66 yaşlı müəllimi otuz ilə yaxındır sənətkarlığın bu növü ilə məşğuldur.
Hələ gənc yaşlarından şəkil çəkməyə həvəsi olan N.Davidov əvvəlcə qrafika çəkməyə üstünlük verib. Daha sonra karikatura janrına müraciət edən sənətkarın əsərləri mətbuatda da dərc edilib. Sonradan isə yandırma üsulu ilə şəkillər çəkməyə başlayıb.