ELM VƏ TƏHSİL


ADA Universiteti XİN ilə birgə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan tədbir təşkil edib

ADA Universitetində keçirilən tədbiri Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva açaraq 20 Yanvar faciəsinin xalqımızın azadlıq mübarizəsinin rəmzi, şəhidlərin isə ilk qəhrəmanlarımız olduğunu söyləyib. O vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin dediyi kimi, 20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq o, təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin, azadlıq istəyinin oyanış günü idi.
ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev bildirib ki, Azərbaycan xalqı 20 Yanvarı həm kədərlə, həm də qürurla qeyd edir. Qürurla ona görə qeyd edir ki, 20 Yanvar müstəqilliyimizin müəyyənləşdirilməsində çox mühüm rol oynayıb.