CƏMİYYƏT


Dövlət Komitəsində qanvermə aksiyası keçirilib

20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar yanvarın 17-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti dəfə “Qanımız bir, canımız bir” şüarı altında könüllü qanvermə aksiyası keçirilib.
Qanvermə aksiyanın keçirilməsində məqsəd ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizənin ön sıralarında dayanan hərbçilərimizin sağlamlığının qorunmasına kömək etmək olub.
Aksiya Müdafiə Nazirliyinin hərbi qanköçürmə stansiyasının 13 həkimdən ibarət briqadası tərəfindən icra edilib. Könüllü donor kimi Dövlət Komitəsinin 100-dən çox əməkdaşı, məcburi köçkünlər, Dövlət Komitəsində fəaliyyət göstərən könüllülər və digər şəxslər qan veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır