SİYASƏT


Tariximizin qanla yazılan qəhrəmanlıq səhifəsi
20 Yanvar - 30 yaşlı FACİƏ

Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə salnaməsinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş, faciəli və eyni zamanda şərəfli tarixi günlərdən biri olan 20 Yanvar faciəsindən 30 il ötür.
1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna daxil olmuşdur.