20 Yanvar şəhidinin qardaşı: Mehman yanvarın 20-si günorta saatlarında öldürülüb
21.01.2020 [12:07]
Xəbərin mətni
20 Yanvar şəhidləri arasında Göyçay sakini Mehman Muradov da var.
Şəhidin qardaşı Mehdi Muradovun sözlərinə görə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Mehman Muradov da tanklar qarşısına əliyalın çıxan qəhrəman oğullarımızdan olub. Amma Mehman Muradov 19-dan 20-ə keçən gecə deyil, səhəri gün, yəni yanvarın 20-si günorta saatlarında öldürülüb.