CƏMİYYƏT


Yanvar qırğını: Neftçalada əliyalın sakinlərə divan tutulub, 2 nəfər öldürülüb, 50-ə yaxın insan həbs edilib

1990-cı ilin 20 Yanvar faciəsindən bir neçə gün sonra sovet tankları əvvəlcə Cəlilabada, sonra Neftçalaya doğru hərəkət etdi. Digər rayonlarda olduğu kimi, Neftçalada da günahsız və əliyalın sakinlərə divan tutuldu, 2 nəfər öldürüldü, 50-ə yaxın insan həbs edildi.
AZƏRTAC xəbər verir ki, həmin gün - yanvarın 25-də Nurəddin Ağahüseynov Neftçalanın mərkəzində şəhid olur. Sovet əsgərləri tanklarla rayon mərkəzinə daxil olarkən, onunla üz-üzə gəlirlər və Nurəddini şəxsi avtomobilində güllələyirlər.