ELM VƏ TƏHSİL


Valideynlər imtahan sessiyasını izləyiblər

Sumqayıt Dövlət Universitetində (SDU) kütləvi informasiya vasitələri nümayəndələrinin və təhsil alan tələbələrin valideynlərinin iştirakı ilə ənənəvi “Açıq qapı” günü təşkil edilib. “Açıq qapı” gününün keçirilməsi barədə sdu.edu.az portalında əvvəlcədən məlumat yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Ramiz Hüseynov payız imtahan sessiyasının təşkili və gedişatı, imtahan prosesində obyektivliyin, şəffaflığın təmin olunması ilə bağlı aparılan məqsədyönlü tədbirlər və imtahanın qaydaları haqqında geniş məlumat verdi.
Sonra prorektor Ramiz Hüseynov, fakültə dekanları, KİV nümayəndələri və valideynlər imtahanların gedişini izləmək üçün ayrı-ayrı fakültələr üzrə keçirilən imtahan otaqlarında, Qiymətləndirmə və keyfiyyətə nəzarət bölməsində olublar.