MƏDƏNİYYƏT


Qədim sənət növlərini yaşadanlar - Sənətkar ağacoymanın özəlliklərindən danışdı REPORTAJ

Yerli və xarici turistlərin ən çox səfər etdikləri rayonlardan olan İsmayıllı füsunkar təbiəti ilə yanaşı, qədim xalq sənətkarlıq nümunələri ilə də qonaqların diqqətini cəlb edir. Bir çox qədim sənət növlərini yaşadan və onları gələcək nəsillərə miras kimi ötürən ustalardan biri rayon sakini Qəhrəman Adıgözəlovdur.