ELM VƏ TƏHSİL


Ceyhun Bayramov: Yeni məktəblər tikiləcək

Azərbaycanda 4500-ə yaxın məktəb var. Ölkə ərazisində əhali sıxlığı bərabər paylanmayıb. Bölgələr üzrə əhali artımı eyni templə getmir. Bu səbəbdən də bəzi məktəblərin siniflərində şagird sıxlığı müşahidə olunur.
AZƏRTAC xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov 2019-cu ilin yekunlarına və 2020-ci ilin hədəflərinə həsr edilən mətbuat konfransında deyib.