Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda şagird sayı çox olan məktəblər üçün avtobuslar təşkil ediləcək

27.01.2020 [21:14]

Daxili miqrasiyanın nəticəsi olaraq Bakı məktəblərində sıxlıq müşahidə olunur. Bu sıxlıq özünü şagirdlərin məktəbə çatdırılmasında da göstərir.

AZƏRTAC xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov 2019-cu ilin yekunlarına və 2020-ci ilin hədəflərinə həsr edilən mətbuat konfransında deyib. O bildirib ki, məktəblər üçün avtobuslar təşkil edilməsi, nəqliyyat vasitələri sisteminin qurulması ilə bağlı Təhsil Nazirliyinə xeyli müraciətlər olunub.