İQTİSADİYYAT


Azərbaycan-Ukrayna İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının iclası çərçivəsində müzakirələr aparılıb

Azərbaycan-Ukrayna İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının iclası çərçivəsində Kiyev şəhərində “Ukrayna-Azərbaycan əməkdaşlığı” adlı dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, Ukraynanın İnfrastruktur naziri, komissiyanın həmsədri Vladislav Krikliy bildirib ki, Azərbaycan və Ukrayna arasında siyasi və iqtisadi dinamik əməkdaşlığı davam edir. Hər iki ölkə enerji, sənaye, kənd təsərrüfatı sahəsində birgə layihələrin reallaşmasında maraqlıdır.