Günəşin ən aydın görüntüsü çəkildi
31.01.2020 [13:42]
Can you guess what this is? pic.twitter.com/krnSsPBHQc
— RT (@RT_com) January 31, 2020
Diametri təqribən 1,4 milyon kilometr olan Günəşin “İnouye” teleskopu ilə fotosu çəkilib. ABŞ-ın Havay ştatında çəkilən fotonu digərləndirən fərqləndirən əsas amil bütün detalların aydın görünməsidir. Fotoya əsasən, Günəş səthinin orta hissəsində parlaq dənəvər quruluş olduğu qeyd olunub. Bu quruluşun Fransanın ümumi sahəsi ilə eyni olduğu bildirilib. Günəşin hüceyrəyə bənzər formada olması da diqqət çəkən detallar arasındadır. Proyektin idarəçilərindən olan Tomas Rimmel mövzu ilə bağlı verdiyi açıqlamada Günəşin əslində daha kiçik strukturlardan meydana gəldiyini vurğulayıb.