CƏMİYYƏT


Uralda meteoritin yerə düşmə anının görüntüləri yayıldı

Sverdlovsk vilayətinin İrbitski rayonunda cib telefonu vasitəsilə meteoritin yerə düşmə anının görüntüləri çəkilib. AZƏRTAC "Ria Novosti"yə istinadən xəbər verir ki, video "Vkontakte" sosial şəbəkəsində istifadəçi İlya Yankovski tərəfindən yayımlanıb. Meteoritin düşməsi Yekaterinburq vaxtı ilə 03: 13-də baş verib. Hadisə Sverdlovsk, Tyumen, Omsk, Chelyabinsk və Kurgan bölgələrində də müşahidə olunub.