Milli Aviasiya Akademiyasında illik “Fevral məruzələri” başlayıb
03.02.2020 [15:26]
Xəbərin mətni
Fevralın 3-də Milli Aviasiya Akademiyasında (MAA) V Beynəlxalq elmi-praktik Gənclər konfransı-Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı-“Fevral məruzələri-2020” başlayıb.
Konfransın açılışında prorektor Ədalət Səmədov Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin və prorektor akademik Roald Saqdeyevin konfrans iştirakçılarına təbriklərini çatdırıb. O qeyd edib ki, konfransın proqramına universitetlər, elmi-tədqiqat institutu və təşkilatdan olan nümayəndələrin məruzələri daxildir.