MƏDƏNİYYƏT


Tovuz sakini düzəltdiyi təsbehlə “Ginnesin rekordlar kitabı”na düşmək istəyir REPORTAJ

Tovuz sakini uzunluğu 10 metrdən bir qədər çox olan təsbeh düzəldib. 
AZƏRTAC xəbər verir ki, 63 yaşlı Tovuz şəhər sakini Qəzənfər Nəcəfov kiçik təsbehlərin muncuqlarını toplayaraq, simmetrik formanı qorumaq şərti ilə uzun təsbeh hazırlayıb. İllərdir üzərində çalışdığı əl işinin 4 kiloqram çəkisi var. Uzun təsbehə 2 min ədəd muncuq sərf olunub. Təxminən 500 manatdan artıq çəkilən xərc nəticəsində maraqlı sənət əsəri ərsəyə gəlib.