Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şamaxıda zəlzələdən sonra qəzalı vəziyyətə düşən məktəb üçün yeni bina tikilir

12.02.2020 [12:42]

Xəbərin mətni

Ötən ilin fevralında Şamaxıda baş verən zəlzələdən sonra rayonda onlarla fərdi yaşayış evi, inzibati binalar, sosial obyektlər qəzalı vəziyyətə düşmüşdü. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq tez bir zamanda yeni evlər, yaşayış binaları inşa edilərək vətəndaşların istifadəsinə verildi. Təmir və bərpaya ehtiyacı olan evlər, binalar, sosial obyektlər də diqqətdən kənarda qalmadı.
AZƏRTAC xəbər verir ki, hazırda Şamaxı şəhərində 2 saylı tam orta məktəb üçün 1180 şagird yerlik bina inşa edilir.

BÖLMƏNİN DİGƏR VİDEOLARI