Magistraturaya ərizə qəbulu bu gün başa çatır
13.02.2020 [12:09]
Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına ərizə qəbulu günün sonunadək davam edəcək.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. Bu gün saat 09.45-ə olan məlumata görə, 13955 bakalavr (Azərbaycan bölməsi - 12824; rus bölməsi - 1131) ərizəsini təsdiq edib.