CƏMİYYƏT


Türk blogger İrəvanda Xocalı ilə bağlı SORĞU KEÇİRDİ

Türkiyəli blogger Ruhi Çenet Ermənistana səyahət edib.
AZƏRTAC xəbər verir ki, Youtube kanalında 4 milyondan çox izləyicisi olan məşhur türk blogger burada qaldığı müddətdə İrəvandan ermənilərin iç üzünü açan, türklərə və azərbaycanlılara qarşı nifrət dolu münasibətlərini əks etdirən video hazırlayıb.
Videoda səfil vəziyyətdə yaşayan işğalçı ölkənin son durumunu görmək mümkündür.
Həmçinin, İrəvanda 1 həftə qalan blogger yerli əhali arasında Xocalı soyqırımı ilə bağlı da sorğu keçirib.
Qeyd edək ki, "Türklər buraya gəlmir" adı altında yayımladığı videonu bir gün ərzində 1 milyon yarıma yaxın insan izləyib.