ELM VƏ TƏHSİL


Əfqanistanda ilk robot ofisiant

Əfqanıistanın paytaxtı Kabildə „Times Restaurant“da müştərilərə Timea adlı robot ofisiant xidmət göstərir.
AZƏRTAC "Euronews"a istinadən bildirir ki, Timeanın boyu 1,50 metrdir.
O, müştərilərə ölkənin dövlət dili olan daricə "Çox sağ olun" və "Doğum gününüz mübarək" də deyə bilir. Həmçinin, müştərilər sensor ekran vasitəsilə sifariş edə bilirlər.
Qeyd edək ki, Yaponiya və ya Çin kimi ölkələrdə robot xidmətləri adi hal olsa da münaqişənin mərkəzi olan Əfqanıstan kimi bir ölkədə bu qeyri-adidir.