ELM VƏ TƏHSİL


Asiyanın ən böyük aviasiya sərgisi

Sinqapurda Asiyanın ən böyük aviasiya sərgisi davam edir. Sərgidə həm mülki, həm də hərbi aviasiya sahəsində ən son məhsullar və texnologiyalar nümayiş olunur. İki ildən bir keçirilən sərgidə Sinqapur ilə yanaşı, aviasiya sahəsində öncül ölkələrdən olan ABŞ, Çin, Fransa, İtaliya, Braziliya və bir neçə başqa ökə iştirak edir.
Sərginin hərbi bölümündə hərbi təlim, nəqliyyat, döyüş təyyarələri, helikopterlər, pilotsuz uçuş aparatları, patrul təyyarələri, hava hücumu barədə xəbərdarlıq sistemləri, ümumiyyətlə hərbi aviasiya sahəsində ən son avadanlıq və texniki yeniliklər nümayiş olunur. Bundan başqa, sərginin aviaşou bölümündə müxtəlif ölkələrin aviasiya dəstələrinin nümunəvi çıxışları olub.