ELM VƏ TƏHSİL


Qubanın Zərdabi qəsəbəsində yeni məktəb binasının tikintisi növbəti tədris ilinədək yekunlaşacaq

Quba rayonunun Zərdabi qəsəbəsində 850 şagird yerlik yeni məktəb binasının inşasına başlanılıb.
AZƏRTAC xəbər verir ki, məktəb binasının tikintisinin növbəti tədris ilinə kimi başa çatdırılması nəzərdə tutulub.
Bayram Şixəmirov adına tam orta məktəb üçün tikilən yeni bina üçmərtəbəlidir.