MƏDƏNİYYƏT


Taxtadan hazırladığı əl işləri xarici turistlərin diqqətindədir
Dülgər Çingiz Məmmədovun emalatxanasından REPORTAJ

Füzuli rayonundan olan Çingiz Məmmədovun dülgərlik sənətinə marağı uşaq vaxtlarından oyanıb. Onun taxtadan hazırladığı kiçik suvenirlər ölkəmizi ziyarət edən xarici turistlər tərəfindən böyük maraqla qarşılanır. “ABAD”a qoşulan usta öz əsərlərini satmaqla bərabər, Azərbaycanın tarixi abidələrini tanıtdığını deyir.